Cavanşir Feyziyev: “Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq ictimai-siyasi hadisədir”
Şuşa Qlobal Media Forumu növbəti dəfə dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən media təmsilçilərini Qarabağda bir araya gətirib. Artıq 4- cü dəfə təşkil olunan Forum dünya miqyasında maraq doğuran media platforması kimi tanınmağa başlayıb. Foruma qatılmaq üçün müraciətlərin sayının ildən- ilə artması və dünya miqyasında yaxşı tanınan məşhur media simalarının da böyük həvəslə bu Foruma qatılması da məhz bunu təsdiq edir.
Bu sözləri mətbuata açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
O bildirib ki, Şuşa Qlobal Media Forumu həm dünya üçün, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Dünya bizim ölkəmizlə və bütövlükdə Cənubi Qafqaz bölgəsi ilə bağlı ən dəqiq və səhih məlumatları yerində və birbaşa əldə etmək imkanı qazanır ki, bu da beynəlxalq mediada ölkəmizlə bağlı dezinformasiyanın önlənməsi və obyektiv informasiyanın təminatı baxımından çox vacibdir:
“Digər tərəfdən, Forumun Şuşada təşkil olunması beynəlxalq media üçün xüsusi maraq doğurur. Media təmsilçiləri 1991- ci ildən etibarən bölgəmizdə baş verən hadisələri birtərəfli və bir çox hallarda qərəzli şərhlər əsasında deyil, əyani olaraq bilavasitə özlərinin gördüyü reallıqlar əsasında dəyərləndirmək imkanı əldə edirlər. Onlar işğal dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsində törədilmiş cinayətlərin izləri və eləcə də işğaldan azad olunduqdan sonra bölgədə həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə yerində tanış olur və öz təəssüratlarını təmsil etdikləri ölkələrin auditoriyasına çatdırırlar. Forumun ölkəmizdə qeyd olunan Milli Mətbuat günü ərəfəsində baş tutması da rəmzi məna daşıyır. Belə ki, Şuşa Forumu kimi qlobal miqyaslı media tədbirlərinin ölkəmizdə keçirilməsi milli mətbuatımızın beynəlxalq media ilə inteqrasiyasını və əməkdaşlıq perspektivlərini təmin edir. Bütün bu cəhətlərinə görə 4- cü Şuşa Qlobal Media Forumunu ölkəmiz üçün mühüm əhəmiyyətə malik olan beynəlxalq səviyyəli ictimai- siyasi hadisə adlandırmaq olar”.
Digər Xəbərlər
08 Avqust 2026 21:35
Vaşinqtondan başlayan yeni mərhələ
08 Avqust 2026 11:10
Dinamik inkişaf modeli
08 Avqust 2026 10:59
“Toy xərclərini, qızılı, cehizi zəruri sayanlar evlənməsə yaxşıdır” - Deputat
05 Avqust 2026 08:59
Geostrateji proseslərin funksional dayanıqlılığı birbaşa dövlətin çevik mədəniyyət diplomatiyasına söykənir
04 Avqust 2026 08:29
Genişlənən strateji əməkdaşlıq
03 Avqust 2026 12:35
Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə
03 Avqust 2026 10:00
Azərbaycan və Özbəkistanın sahibkar qadınları arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoydu
03 Avqust 2026 08:33


Bakı -°C

