adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Fevral 2019 19:44
67995
MARAQLI

Bığ-saqqal haqqında bunları bilirdiniz? - TARİXİ FAKTLAR

Bığın tarixiİslam dinindən əvvəllərə dayanır. İtalyan professor Allan Peterkin "bığ-saqqal”ınmədəni tarixi mövzusunda iki kitab yazıb: 1001 bığ... 1001 saqqal...

İlk bığsaxlama adəti hansı dövrə təsadüf edir?

Miladdan öncə2650-ci ilə aid əsərlərdə Misirdə kişilərin dodaqlarının üstündəki tükləri qələmincəliyində saxladıqları görünür. Bugünlərdə dəbə düşən "Ayhan İşık bığı” kimi... Misirlilərin bığsaxlamaqlarının səbəbi  heykəllərini düzəltdikləri pişiklərə olanheyranlıq idi. Amma...

Bədən tüklərinəpis baxan və heyvani bir şey kimi görən firoun Tikikenkola "tük qadağası” iləmiladdan öncə 1800-cü illərdə saqqal və bığın kitabını bağladı. Fəqət krallar və kraliçalar bu dəfə qızıl vəgümüşdən "postiş” adını verdikləri saqqal, bığ taxmağa taxmağa başladılar.Kraliça Hatşepsutun taxma bığ-saqqalı məşhur idi.

HamıMisirlilər kimi saxta saqqalla, bığla gəzmədi. Assuriyalılarr miladdan öncəyeddinci yüzillikdə saqqal və bığlarını xınayla boyayıb qızıl tozu yaxardılar. Farslargözə gəlimli uzun bığlarını qızılı rəngə boyayardılar.

Müharibə də oldu

İlksaqqal-bığ müharibəsi Farslarla Tatarlar/Türklər arasında oldu. Tatarlar təmizkarlıqsəbəbilə bığ-saqqala qarşı idilər. Zamanla dəyişibmiş yəqin. Çingiz xan, onun nəvəsiKubilayın da gücün simvolu kimi sayılan bığları var idi. Macarlar da türklərkimi qəhrəmanları Arpaddan bəri min illərdir bığ saxlayırlar.

Spartalılarbığ saxlamağı qanunlaşdırdı. Qorxaqların bığlarının yarısını kəsdilər.

Yunanlarsaqqal olmasa bığ saxlamağa yaxşı baxmırdılar.

Romalılarsavaşdıqları olduqca uzun bığlı Qotlar, Qalliyalılar, Saksonlar, Franklarucbatından bığa nifrət etdilrə. Beləcə təraş zamanı ilk dəfə isti su, ülgüc,yağlı krem istifadə edən romalılar oldu.

Çinli kişilərdəbugün bığ elə də çox deyil. Amma Konfitsu "bığsız adam ruhsuzdur” demişdi.Çinin tarixi filmlərində millətçilərin bığına bənzər "Fu Manchu” bığı məşhuridi.

Ərəblərbığ-pişik əlaqəsini başqa bir tərzdə dəyərləndiriblər. "Bığsız adam quyruqsuzpişiyə bənzəyər”.

Şübhəsiz ki,zaman keçdikcə dinin simvoluna çevrilən bığ XV yüzillikdə İngilis qanunlarıkişilərin üst dodağındakı tüklərini qırxmalarını məcburiyyətə çevirdi. "Bütün kişilərdodaqlarının üstünü təraş etməli, əks təqdirdə düşməndirlər”.

Protestantlarınkatoliklərə etiraz kimi bığ saxladıqlarını bilirdiniz?

XVIIIyüzillikdə Qərblilər saqqaldan, bığdan tamamən imtina etmişdilər.

Gələk İslamdünyasına.

Hz. Məhəmmədmöminlərin xristianlardan, yəhudilərdən, zərdüştilərdən fərqlənmələri üçünbığlarını az, saqqallarını isə uzun saxlamaqlarını dedi. Amma bığ İslamda həmişəmübahisə mövzusu oldu.

İmam Malikbığın qısaldılmasının tərəfdarı idi.

Hənbələ görəbığın qısaldılması ilə təraş olunması arasında fərq yox idi.

Tirmizi peyğəmbərin"bığını qısaltmayan bizdən deyil” dediyini nəql etmişdi.

Hənəfilərkişilərin bığlarını uzatmalarını xoş qarşılayırdılar.

Əslində dinlərinçoxunda təkcə bığ saxlamaq deyə bir şey yoxdur.

Saqqallıolub bığ saxlamayan dindarlar da var. Məsələn, İŞİD ya da xristian Amiş və Hüttərcilərkimi.

Siyasətçibığı da var. Amerikalıla Martin Lüter kimi üzü təmiz ağ adamlardan fərqlərinigöstərmək üçün bığ saxlayırdılar.

BraziliyadaSenarto prezidenti lopa bığlı Jose Sarney Costaya etiraz kimi kişilər bığaksiyası keçirtdilər. Argentinadan Meksikaya qədər faşist liderlərin bığlarıaksiyaların simvolları oldu.

Bu gündünyada bığ-saqqal xüsusilə də homoseksualların ucbatından dəb oldu.

Xülasə, yənibığ təkcı dodaq üstündəki bir neçə tük demək deyil, dünya görüşlərinin vəseçimlərin simvoludur.



Türkiyənin "Sözçü qəzeti"ndəki Soner Yalçının köşə yazısından seçmələr

Dilimizə çevirdi Eminquey