adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2018 16:12
15627
MƏDƏNİYYƏT

Bığına görə efirə buraxılmayan, gürcü qızıyla məcbur evlənən dahi

Bu gün Beynəlxalq Caz günüdür. Bumünasibətlə Adalet.az kulis.az-a istinadən Azərbaycanın böyük cazmeni, dünyaşöhrətli musiqiçi Vaqif Mustafadə haqqında maraqlı faktlar və əhvalatlarıtəqdim edir.

Vaqifin gələcək həyat yoldaşı ləzgi qızı Nərminə xanım da burda təhsil alırdı.Onları Rüstəm İbrahimbəyov tanış etmişdi.

Vaqiflə Nərminə evləndilər. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. AmmaVaqiflə Nərminənin evliliyi uzun sürmədi. Onlar anlaşa bilmirdilər. Birimusiqiçi, o biri mühəndis. Bəlkə də Nərminə necə bir insanla ailə həyatıqurduğunun fərqində deyildi. Nəticədə onların münasibəti pozuldu. Nərminə xanımLaləni də götürüb getdi.

Vaqifin ifasını Vaxtanq Kikabidze bəyənir və onu "Orero” ansamblının rəhbərliyinədəvət edir. O vaxt Bakıda caza maraq çox deyildi. İkinci həyat yoldaşıElza ilə Tiflisdə tanış olur. Gürcü qızı özünü Vaqifə sevdirə bilir.

1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanıtəmsil etdi. O festivaldan sonra Vaqifi bütün dünyada tanıdılar. Azərbaycanın ovaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra dedi ki, Vaqif ölkəsinəqayıdıb, Azərbaycanı təmsil etsin. Vaqif də Elza ilə birlikdə Azərbaycanqayıdır.

Elza hamilə idi. Amma Vaqif Mustafazadə ilə hələ evli deyildi. O zaman Vaqifinanası oğluna dedi ki, bala, ayıbdır, gərək sən Elza uşağı dünyaya gətirməmişonunla evlənəsən. Və beləliklə, onlar ailə həyatı qurdular və Əzizə Mustafazadədünyaya gəldi. Anası deyirmiş ki, Vaqif Elzayla məcbur evləndi. Əslindəevlənmək istəmirdi onunla.


- O bığla necə yemək yeyirsiniz?

Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklinigöstərir:

- O necə yeyirdi, mən də elə...


Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasındanvəfat etmişdir. 39 il ömür sürdü...

Caz-muğamın banisi Vaqif Mustafazadə 16 mart 1940-ci ildə Bakı şəhərindəİçəri şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifintərbiyəsi ilə məşğul olmağa başlayır.

Vaqif Mustafazadə birinci evliliyini hamıdan gizlədirmiş. Gənc yaşlarındatez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedir və gecələr orada təşkiledilən konsertlərdə musiqilər ifa edərdi. Akademiyanın bütün tələbələri Vaqifiçox sevirmiş.

Çox adam onu qəbul etmədi. Əsasən də sovetin düşüncə,zövq bozluğunda batanlar, bu bozluğun çərçivəsində qərar tutanlar Mustafazadənigörmək istəmirdilər. Musiqi məktəbini bitirəndən sonra Tahir Atakişiyev adlıdirektor şəxsi antipatiyası səbəbindən onu ixtisasa yararsız kimiqiymətləndirir. Şəhərin ən güclü pionisti güc-bəla ilə musiqi texnikumuna daxilolur. Konservatoriyaya imtahan verərkən rektor Cövdət Hacıyevin tərsliyi ilərastlaşır. Belə ki, Raxmaninovdan ifa zamanı son akkordu özü kimi vurur. YəniRaxmanindən Vaqifə keçid edir. C. Hacıyevin də bu özünə əminlik xoşuna gəlmirvə mübahisələrdən sonra ona yağlı bir "iki” yazır.

Onun bığı başına bəla olmuşdu. Hara gedirdisə, bığınagörə sərt reaksiya görürdü. Hətta AzTv-nin efirinə buraxılmayıb. Amma Vaqifininqilabçı ruhu heç bir qaydaya uymurdu.

Bir nəfər Vaqif Mustafazadədən soruşur:

- O bığla necə yemək yeyirsiniz?

Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklini göstərir:

- O necə yeyirdi, mən də elə...

Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. 39 il ömür sürdü...