"Beynəlxalq təcrübəyə uyğun antikorrupsiya qurumları yaradılıb" - Kamran Əliyev
"Azərbaycan Respublikası BMT-nin Korrupsiya əleyhinə Konvensiyasını, BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiyaya görə mülki-hüquqi və cinayət-hüquqi məsuliyyətə dair konvensiyalarını ratifikasiya edib və Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır".
Adalet.az-ın məlumatına görə, bu sözləri baş prokuror Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı Mübarizə üzrə iclasında bildirib.
Onun sözlərinə görə, müvafiq qanunvericiliyin effektiv tətbiqini təmin etmək məqsədilə ölkəmiz məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparıb.
"Ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini müəyyən edən qurumdur. Komissiya fəaliyyət planlarını və strategiyaları hazırlayır, həmçinin onların icrasına nəzarət edir".
Digər Xəbərlər
28 Oktyabr 2026 11:56
XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib - VİDEO
28 Oktyabr 2026 11:52
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
28 Oktyabr 2026 10:54
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 Oktyabr 2026 10:52


Bakı -°C

