"Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır" - Prezident

Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır.
Adalet.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Azərbaycan Prezidenti qeyd edib ki, beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.
Digər Xəbərlər

Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

Milli Məclisin xüsusi iclas keçirildi - YENİLƏNİB

Deputat: Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov

Deputat: "Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir"

Vaşinqton görüşü Azərbaycan diplomasiyanın yeni uğuru idi - Vüqar Bayramov
