Vaşinqton razılaşması Azərbaycanın mühüm diplomatik qələbəsidir

"İlham Əliyevin Vaşinqtona önəmli səfəri çərçivəsində mühüm sənədlər imzalanıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında sədr müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, 17 maddədən ibarət sənəd uzun illərdir davam edən qarşıdurmaların həllində mühüm addım sayılır.
Əsgərov qeyd edib ki, bu razılaşma regionda sabitliyin və tərəfdaşlığın təmin olunmasına geniş imkanlar açacaq:
"Sözügedən sənəd Azərbaycanın mühüm diplomatik qələbəsidir. Bu, eyni zamanda ölkəmizin suverenliyinin beynəlxalq səviyyədə tanınmasının növbəti təsdiqidir".
Vitse-spiker nəzərə çatdırıb ki,1992-ci ildə yaradılan və fəaliyyətində heç bir real nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupu ləğv olunub:
"Bu da sülh müqaviləsinin imzalanması yolundakı əsas maneələrdən birinin aradan qalxması deməkdir. Digər mühüm məsələ olan Zəngəzur dəhlizinin açılması istiqamətində də irəliləyiş əldə olunub".
Sonda bildirib ki, İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq uğurları artan xətt üzrə davam edəcək.
Nicat
Digər Xəbərlər

Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

Milli Məclisin xüsusi iclas keçirildi - YENİLƏNİB

Deputat: Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov

Deputat: "Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir"

Vaşinqton görüşü Azərbaycan diplomasiyanın yeni uğuru idi - Vüqar Bayramov
