adalet.az header logo
  • Bakı -°C
04 Avqust 2026 17:56
63
ŞOU-BİZNES
A- A+

Boyunbağısına görə saxlanıldı

Türkiyəli fotoqraf Bennu Gerede barəsində "ədəbsizlik" ittihamı ilə cinayət işi açılıb.

Adalet.az xəbər verir ki, buna səbəb onun qatıldığı yutub proqramında boynundakı kolyenin böyüklər üçün nəzərdə tutulan intim oyuncaq olduğunu deməsi və bununla bağlı səsləndirdiyi fikirlər olub.

Məlumata görə, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğu Geredenin açıqlamalarını araşdırmağa başlayıb. Hüquqi proses çərçivəsində fotoqraf polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, istintaq çərçivəsində Bennu Geredenin qonaq olduğu yutub kanalına girişin məhdudlaşdırılması ilə bağlı da müraciət edildiyi bildirilib.

Qeyd edək ki, Bennu Gerede həmin proqramda "Survivor" yarışmasına qatılarkən cinsi həyatdan uzaq qalacağı üçün narahat olduğunu da etiraf etmişdi. O, həmçinin boynunda gəzdirdiyi rose qızıldan hazırlanmış aksesuarın böyüklər üçün nəzərdə tutulan intim oyuncaq olduğunu açıqlamışdı.