adalet.az header logo
  • Bakı -°C
19 May 2026 19:35
82
İDMAN
A- A+

"Beşiktaş"dan 10 milyonluq təklif

“Beşiktaş” “Napoli”nin yarımmüdafiəçisi Zambo Angissanı hədəfə alıb.

Adalet.az xəbər verir ki, kamerunlu futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, tərəflər arasında yeni anlaşma ilə bağlı danışıqlar aparılmır.

İtaliyanın "Il Mattino" nəşrinin yaydığı məlumata görə, İstanbul təmsilçisinin rəhbərliyi kamerunlu yarımmüdafiəçi üçün "Napoli"yə 10 milyon avroluq rəsmi təklif göndərib. Lakin Neapol klubu oyunçunun transferindən 20 milyon avro qazanmaq niyyətindədir.