adalet.az header logo
  • Bakı -°C
19 May 2026 12:47
79
İDMAN
A- A+

Azərbaycanın bu klubunda BÖHRAN YAŞANIR

"Kəpəz" futbol klubunda maliyyə çətinlikləri yaşanır.

Adalet.az Sport24.az-a istinadən xəbər verir ki, futbolçular maaş ödənişləri ilə bağlı problemlə üz-üzə qalıblar.

Hətta məvaciblərin gecikməsi səbəbindən narazılığını klub rəhbərliyinə bildirən oyunçuların olduğu da deyilir.

Bununla yanaşı, Gəncə təmsilçisində vəd olunan mükafat da hələlik verilməyib.

Qeyd edək ki, komanda 31-ci turda səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazanaraq elitada qalmağı rəsmiləşdirmişdi. Həmin görüşdən sonra rəhbərlik tərəfindən futbolçulara mükafat veriləcəyi bildirilmişdi.