adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2017 13:07
20975
KRİMİNAL

Bərdədə ər arvadını baltaladı

Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.

Adalet.az "Report"a istinadən xəbər verir ki, hadisə RayonunHeydər Əliyevprospektində baş verib.

Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.

Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.