Bərdədə 6-cı sinif şagirdi itkin düşdü
Bərdə rayonunda 11 yaşlı uşaq itkin düşüb.
Adalet.az "Report"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü yerli sakin Hacızadə Sənan Emin oğlu bazar ertəsi səhər saatlarında rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.
Yaxınlarının dediyinə görə, S.Hacızadə səhər saatlarında evə ət almağa gedən zaman itgin düşüb. Onlar həmçinin uşağın əqli və fiziki cəhətdən heç bir probleminin olmadığını bildiriblər.
İki gündür itkin düşən uşaq 6-ci sinifdə oxuyur.
Hazırda Bərdə rayon Polis şöbəsi azyaşlının axtarışı ilə bağlı iş aparır.
Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 051-476-61-42.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53