Berbok və Mirzoyan Bakı-İrəvan sülh prosesini müzakirə edib

BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Berbok "X"dəki səhifəsində yazıb.
"Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Biz Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişini, həmçinin Baş Assambleyanın 80-ci sessiyasının prioritetlərini müzakirə etdik", – Berbok qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Sənəddəki bəndlərdən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır. Bundan başqa, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.
Digər Xəbərlər

Ərdoğan: BMT Baş Assambleyasında Fələstinlə bağlı mühüm addımlar atılıb

KİV: İsrail Ordusu artıq Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir

Türkiyə Milli Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı PAYLAŞIM

Paşinyan: Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb

Zelenski: Ukrayna İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq

Rusiya Ukraynanın itkilərini yenilədi

Ərdoğan açıqladı: 64 milyard dollarlıq gəlir...
