Zelenski: Ukrayna İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq

Ukrayna bu payızda İsraildən iki "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.
Adalet.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"İsrailin kompleksi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz bu payızda iki "Patriot" sistemi alacağıq", - Zelenski brifinqdə deyib.
Bundan əlavə, Zelenski Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah alınmasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq müəyyən növ, o cümlədən uzaqmənzilli silahlar üçün müqavilələr bağlamağa hazır olduğunu bildirib.
Digər Xəbərlər

Ərdoğan: BMT Baş Assambleyasında Fələstinlə bağlı mühüm addımlar atılıb

Berbok və Mirzoyan Bakı-İrəvan sülh prosesini müzakirə edib

KİV: İsrail Ordusu artıq Qəzza şəhərinin yarıdan çoxuna nəzarət edir
