01 Dekabr 2023 18:05
1219
İDMAN

Bərbad durumda olan futbol industriyamızı təmsil edən bir klub… - EKSPERTDƏN ŞƏRH

Dünən “Qarabağ” futbol klubu Norveçin “Molde” klubu ilə 2-2 hesabı ilə oyunu başa vurub. 

Adalet.az futbol eksperti Erkin İbrahimovun bu oyunla bağlı fikirlərini təqdim edir.

“Çox önəmli bir nəticədir. Demək olar ki, “Qarabağ” AL-ın play-off mərhələsini 85-90% qarantilədi. “Qarabağ”ı “Molde” səfərində “qapalı futbol” oynadığına görə qınayanlar bir zəhmət, “Fener”lə “Beşiktaş”ın nəticələrinə baxsınlar. İkisi bu axşam toplam 25 qol buraxdı. Büdcələri da “Qarabağ”dan 10-15 dəfə çox. “Molde” Norveç çempionudur, öz aramızdır. Heyətində Yovetiç, Solbakken kimi adlar olan, ötən mövsüm Marselo, Xames Rodriqes, Bakabmbu kimi dünya ulduzlarını cəlb edən “Olimpiakos” yaxşı tanıdığımız “Frayburq”dan 5 cavabsız qol yedi. Elə həmin “Beşiktaş” hər iki matçda Norvecin diqər təmsilçisi “Bude-Qlimt”a məğlub oldu. Konfrans Liqasında. Amma yox, sən demə Azərbaycanı,qrup mərhələsində azı 13 xal yığmalıdır”.

Eminquey