adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Iyul 2022 13:10
1021
MARAQLI

Bəlkə də heç vaxt eşitmədikləriniz...

Dünyanın hər yerində min illər boyu davam edən mədəniyyətlər öz fərqli ənənələrini ortaya qoyub. Mədəni fərqliliklər üzündən bir cəmiyyətdə olduqca normal sayılan hər hansı bir ənənə başqa bir cəmiyyətdə böyük təəccüblə qarşılana bilər. Təbii ki, fərqlimədəniyyətlərdə digərlərinəqəribə görünən çoxlu adətlər var. Ancaq bu yazının mövzusu dünyanın müxtəlif mədəniyyətlərindən topladığımız və ilk dəfə eşidiləndə insanları təəccübləndirən maraqlı ənənələrdir. Misal üçün Almaniyada ənənəyə görə, evlənmək qərarına gələn cütlüyün qohumları toydan əvvəl yığışıb yemək yedikdən sonra bütün boşqabları sındırır və cütlükdən onları yığması xahiş olunur. Bu maraqlı ənənənin məqsədi gələcək evli cütlüklərə əl-ələ verərək bütün çətinliklərin öhdəsindən gələ biləcəklərini söyləməkdir.

 

Seppuku adəti,Yaponiya

 

Harakiri kimi də tanınan bu adət, məğlubiyyəti qəbul etməyən yaponların məğlubiyyəti yaşamaqdansa ölməyi üstün tutması mənasına gəlir. Məğlub olmamaq üçün namusunu qorumaq üçün özünü öldürmək bu gün də ölkədə adi haldır.

 

Ağlayan gəlinlər, Çin

 

Çində gəlinlərin toya bir ay qalmış ağlaması adi bir ənənədir və bu, həm də toya hazırlıqların bir hissəsidir. Bunun gəlinin öz ailə evinə olan bağlılığını təmsil etdiyi düşünülür.

 

Darçın tökülməsi, Danimarka

 

Danimarkada 25 yaşlarında subay olan gənclərin üzərinə darçın tökülür. Kişi və ya qadın gənc 30 yaşını qeyd edirsə və hələ də subaydırsa, bu dəfə bibər tökülür.

 

Baş-on-tort, Meksika

 

Meksikada ad günü olan şəxs tortun üzərindəki şamları üfürdükdən sonra ilk dişləməni almaq üçün əyildikdə ətrafdakı biri onun başını tez tortun içərisinə itələyir. Əyləncə məqsədi daşıyan bu hərəkat ənənə olduğu üçün hər kəs öz taleyini qəbul edir.

 

Körpə atma, Hindistan

 

Hindistanda 500 ildir ki, yeni doğulmuş körpələrin hündür məbədin zirvəsindən aşağıda insanların uzaddıqları böyük bir parça üzərinə atılması ənənəsi var. Hər il dekabr ayının ilk həftəsində edilən bu ritualın körpələrə sağlamlıq, firavanlıq və şans gətirdiyinə inanılır.

 

Diş dolğusu, İndoneziya

 

Balidə evlənmək istəyən fərdlərin tətbiq etdiyi bir diş dolması ənənəsi var. Həm qadınlar, həm də kişilər toydan əvvəl dişlərinə iki plomb vurduraraq hirs, xəsislik, qısqanclıq, paxıllıq kimi pis hissləri özlərindən uzaq tutduqlarına inanırlar.

 

Pivə hovuzları, Çexiya

 

Çexlər ümumiyyətlə pivənin bədən üçün faydalı, ruh üçün isə sağlam olduğunu düşünürlər. Ona görə də ölkədə “pivə hovuzları” var və bu hovuzlarda duş qəbul etmək və ya əylənmək çexlər arasında ənənə halını alıb.

 

Qırmızı mürəkkəb rezervasiyası, Cənubi Koreya

 

Ölkənin tarixində və adət-ənənələrində ölənlərin adlarını yazmaq üçün həmişə qırmızı mürəkkəbdən istifadə olunub. Ona görə də bu gün kiminsə adını qırmızı ilə yazmaq tabudur.

 

İspaniyada isə dünyanın ən böyük pomidor döyüşü olan La Tomatina, Valensiyalılar arasında yayılmış maraqlı bir ənənədir.

 

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ