Belarusun balet ulduzları Bakıda konsert verəcək
Noyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baletsevərlər tərəfindən maraqla qarşılanacaq səhnə əsərində əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunublar.
Səhnə əsərində, həmçinin balet truppamızın solistləri - Əməkdar artistlər Makar Ferştandt, Samir Səmədov, habelə solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri çıxış edəcəklər.
Balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Digər Xəbərlər
18 May 2024 16:01
Aran regional filialında “Açıq qapı” günü keçirildi
17 May 2024 14:01Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olub - FOTO
17 May 2024 13:39Aparıcı: “ Bir gün də özün üçün yaşa”
17 May 2024 13:38Əməkdar artist: “Həkim dedi ki, çarəsi yoxdur”
16 May 2024 17:52