adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2020 16:22
23858
DÜNYA

BELARUS AXIR Kİ, NEFT ALMAĞA ÖLKƏ TAPDI

Rusiyanınşərtlərindən narazı qaldığı üçün müqavilə bağlamaqdan imtina edən və yeni ildənbu yana neft axtarışına çıxanBelarus axır ki, çıxış yolutapıb.

BelarusNorveç neftini idxal etməyə başlayıb. "Reuters"in verdiyi xəbərə görə, bu barədə"Belneftekim" dövlət konserni məlumat yayıb. Məlumatda bildirilir ki,Belarus Neft Şirkəti 80 min ton Johan Sverdrup markalı neft alıb. Yük yanvarın22-də Litvanın Klaypeda limanına çatdırılacaq, oradan neft dəmir yolu iləNovopolotsk neft emalı zavoduna aparılacaq.

Norveçneftini satan şirkət məlum olmasa da, lakin agentliyin mənbələrinə görə, buFransanın Total şirkəti ola bilər. Johan Sverdrup növlü neft keyfiyyət xüsusiyyətlərinə görə Urals markalı rus neftinə bənzəyir. Onun tədarükü 2019-cu ilinpayızında Norveçin şelfində eyni adlı sahənin istifadəyə verilməsindən sonrabaşlayıb.

İqtisadçılarMinsk üçün bu alışın Rusiyadan tədarükdən daha baha olduğunu qeyd edib. Təkcə nəqliyyatxərcləri - neftin dəmir yolu ilə emalı və daşınması - bir ton üçün 20 dollardanbaha başa gəlir. Lakin Belarusda isə hesabedirlər ki, Rusiya neftini almaqonlara dünya bazarındakı qiymətlərdən dəbaha başa gələcək.

Onu daqeyd edək ki, Belarus Baş nazirinin müavini Dmitri Krutoy Rusiyayla neft tədarüküilə bağlı aparılan danışıqların heç birnəticə vermədiyini də bildirib. Nəticədə prezident Aleksandr Lukaşenko başqayerdə neft axtarmağa göstəriş verib.Buna görə də respublika "bütün mümkünölkələrə" -Azərbaycan, Ukrayna, Qazaxıstan,Polşa və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərib:«Biz indi bu məsələ ilə məşğuluq. Hökumət alternativneft tədarükü üçün yollar axtarmağadavam edir, bütün mümkün variantları öyrənir. Biz müvafiq kommersiya təkliflərinigöndərmişik. Belarus Neft Şirkəti, deməkolar ki, hər gün danışıqlar aparır. Düşünürəm ki, burada da tezliklə konkretneft tədarükü üçün alternativ variantlar tapacağıq», - deyə D.Krutoy bildirib.

MEHRİBAN