adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 11:38
68
GÜNDƏM
A- A+

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yağışlı havada sürəti azaldın!

Yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Adalet.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı hava şəraitində diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.

Bildirilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması qəza riskini artırır.

BDYPİ sürücülərə belə hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevrlərdən və qəfil tormozlamadan çəkinməyi tövsiyə edib.

İdarə həmçinin xatırladıb ki, yol nişanında göstərilən maksimal sürət həddi istənilən hava şəraitində həmin sürətlə hərəkətin təhlükəsiz olduğu anlamına gəlmir.

“Sürücü mövcud şəraiti düzgün qiymətləndirməli və sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir”, – deyə BDYPİ-dən bildirilib.

Qeyd olunub ki, yağışlı havada sürəti azaltmaq yalnız ehtiyat tədbiri deyil, həm də yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biridir.