Hindistan Mərkəzi Asiyada Çinə meydan oxuyur?
“Hindistanın Baş naziri Narendra Modi 29 avqust 2026-cı ildə Özbəkistana iki günlük dövlət səfərinə gedib. Maraqlı məsələdir ki, 2014-cü ildən Hindistan baş naziri olan Narendra Modinin Özbəkistana sayca dördüncü səfəridir. Gözləntilər ondan ibarətdir ki, Modi Mirziyoyevlə bu səfəri çərçivəsində xüsusilə bir sıra strateji məsələlərin müzakirə edə bilər”.
Adalet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
O, bildirib ki, aparılan təhlillər və atılan addımlar, həmçinin dövlətlərarası sənədlərə nəzər saldıqda aydın şəkildə görmək olar ki, Hindistan–Özbəkistan strateji tərəfdaşlığının dərinləşdirilməsi ikitərəfli və regional münasibətlərə ciddi təsir edən amillərdir:
“Burada ticarət və investisiyalar, enerji və kritik resurslar, müdafiə və təhlükəsizlik, rəqəmsal bağlantı, təhsil və humanitar əlaqələr xüsusilə qabarı şəkildə önə çıxmaqdadır. Həçinin səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, kimya və maşınqayırma sahələrində əməkdaşlıq həm Modi, həm də Mirziyoyev hökumətinin əsas prioritetləri sırasında olduğu üçün, regional və beynəlxalq məsələlərdə də tərəflər bir-birinin maraqlarını nəzərə alırlar. Statistik məlumat olaraq qeyd edim ki, 2025-ci ildə Hindistan–Özbəkistan arasında ticarət dövriyyəsi təxminən 1,3 milyard ABŞ dolları olub ki, bunun da təxminən 1,15 milyard dollar Hindistanın Özbəkistana ixracı, 164,6 milyon dollarını isə Özbəkistanın Hindistana ixracı təşkil edir”.
Politoloqun sözlərinə görə, təbii ki, 1,5 milyard əhalisi olan Hindistan və 35 milyon əhalisi olan Özbəkistan üçün bu rəqəm olduqca çox kiçik rəqəm hesab edilə bilər:
“Gözləntilərdən biri də, Modinin səfərindən sonra önümüzdəki 4 ildə, yəni 2030-cu ilə qədər, tərəflər arasındakı ticərət dövriyyəsi təqribən 10 milyard ABŞ dolları həcminə qəaldırılmalıdır. Burada müqayisə üçün qeyd edim ki, Hindistanın əsas rəqiblərindən biri olan Çinin Özbəkistanla 2025-ci ildə ticarət dövriyyəsi 17,2 milyard ABŞ dolları təşkil edib ki, bu da indiki halda Hindistan və Özbəkistan arasındakı illik ticarət dövriyyəsindən təqribən 10,5 dəfə çox olması deməkdir. Hətta Özbəkistanın Milli Statistika Komitəsinin məlumatına görə, Çin və Özbəkistan arasındakı ticarət dövriyyəsi ölkənin ümumi xarici ticarət dövriyyəsinin 21,2%-i deməkdir və Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ildə Pakistan və Özbəkistan ticarət dövriyyəsi 445,9 milyon ABŞ dolları olub ki, bunun da böyük hissəsi Özbəkistanın Pakistana ixracını təşkil edir. 2025-ci ildə Özbəkistanın ixracı təqribən 325 milyon dollar təşkil edib. Bu statistik məlumatlardan aydın olur ki, Hindistan üçün Mərkəzi Asiyada ticarət mübarizəsində əsas rəqib Çin hesab edilir. Financial Times fDi Markets məlumatlarına əsasən, 2010–2023-cü illərdə Hindistan şirkətləri Mərkəzi Asiyada 10 layihə üzrə təxminən 1,5 milyard dollar kapital qoyuluşu nəzərdə tutan layihələr elan ediblər. Bunun böyük hissəsi enerji və mədənçilik layihələridir. Avrasiya İnkişaf Bankının (EDB) 2026-cı ildə dərc etdiyi hesablamaya görə, 2025-ci ilin ortasına Çin şirkətlərinin Mərkəzi Asiyanın 5 ölkəsində yığılmış birbaşa investisiya (FDI) portfeli 35,9 milyard dollar olub. Çin bununla Mərkəzi Asiyada ən böyük Asiya investoru olaraq qalır. Həm Çin, həm də Hindistan tərəfindən Mərkəzi Asiya ölkələrində investisiya qoyuluşunun həcminə diqqət yetrildikdə, burada da tərəflərin investisiya fərqləri aydın şəkildə görünməkdədir. Bu fərq təqribən 24 dəfə deməkdir”.
S.Hümbətov deyib ki, Modinnin bu səfəri regional və qlobal baxımdan da diqqətlə izlənilməli hadisədir:
“Yəni, Modinin Özbəkistana səfərini yalnız Hindistan–Özbəkistan münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmaz. Məlum məsələdir ki, son 15 ildə Hindistanın Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirmək istiqamətində ciddi strategiyasının olduğu gizli məsələ deyil. Əlbəttə, Hindistan üçün iki əsas rəqib olan Pakistan və Çinin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini dərinləşdirməsi, Yeni Dehlinin seyirci mövqe sərgiləməsinə imkan verə bilməz. Məhz bu səbəbə görə Modi hökuməti həm Özbəkistan, həm də digər Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməkdə qərarlı olduqlarını göstərməyə çalışır. Modinin Özbəkistandan sonra, yəni 30 avqustdan sonra Qırğızıstana səfər edəcəyi, 31 avqust–1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcəyi özlənilir. Baş nazirin bu səfərini iki istiqamət üzrə oxumaq mümkündür.⚠️Birinci istiqamət, Mərkəzi Asiya ölkələrinin hər biri ilə Hindistan arasında ikili münasibətləri dərinləşdirmək və beləliklə bu regionda Çinlə rəqabət aparmaq qabiliyyətini möhkəmləndirmək.⚠️İkinci istiqamət isə, regional çoxtərəfli diplomatiyanın daha da gücləndirmək. 27 yanvar 2022-ci ildə Hindistan və Mərkəzi Asiya ölkələrinin rəhbərləri arasında online formatda zirvə toplantısı da reallaşmışdır. Hətta bu formatın qorunması üçün iki ildə bir dəfə sammitin keçrilməsi qərarlaşdırılıb. Daha sonra isə, Hindistanın və Mərkəzi Asiya ölkələrinin XİN başçıları arasında 2025-ci il iyunun 6-da Dehlidə artıq 4-cü “India–Central Asia Dialogue” adı ilə görüş keçrildi. Bütün bu atılan addımların əsas hədəfi isə, Hindistanın regionda güclənməsini sürətləndirməkdən ibarətdir. 18-19 may 2023-cü ildə Çinin Sian şəhərində Çin və Mərkəzi Asiya ölkələri arasında da eyni formatda əməkdaşlıq platformasının yaradılması həm də ondan xəbər verir ki, həm Çin, həm də Hindistan üçün Mərkəzi Asiya vacib strateji region kimi qəbul edilir. Nəzərə alsaq ki, Mərkəzi Asiya ölkələri Çin və Hindistanla birgə Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunurlar, o zaman burada bir neçə taktiki və strateji gedişatın icrası mümkündür. Mərkəzi Asiya ölkələri üçün balans siyasətinin qorunması, yəni hər iki ölkə ilə balanslı şəkildə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri davam etdirmək gələcək perspektivlər üçün də baza rolunu oynaya bilər. Həm Çin, həm də Hindistan arasında Mərkəzi Asiya uğrunda ciddi mübarizəni görmək mümkündür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
31 Avqust 2026 13:08
İlham Əliyevlə Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB
31 Avqust 2026 11:45
İlham Əliyev və xanımı Qırğızıstana getdi - FOTOLAR
31 Avqust 2026 11:16
Prezident Sadır Japarovu təbrik edib
31 Avqust 2026 10:50
Erməni diasporu növbəti aksiyaları Paris və Praqada keçirəcək – Politoloq
31 Avqust 2026 10:42
Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib
31 Avqust 2026 10:38
Bişkek sammitində hansı məsələlər diqqətdə olacaq?
31 Avqust 2026 09:21
Prezident Qırğızıstana gedəcək - VİDEO
30 Avqust 2026 13:20


Bakı -°C

