BDU yenidən dünyanın 700 top universitetinin siyahısında
Son bir ildə Bakı Dövlət Universitetinin müəllimləri tərəfindən 59 monoqrafiya, 74 kitab, 81 dərslik, 127 dərs vəsaiti, 404 proqram, 2 min 567 məqalə, 1321 tezis və digər materiallar çap etdirilib. Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, "QS World University Rankings” reytinqinə görə BDU yenidən dünyanın 700 top universitetinin siyahısına daxil olub.