Bayramov Lavrovla görüşəcək
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Moskvada rəsmi səfərdə olacaq.
Zaxarova Azərbaycan XİN başçısı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini söyləyib.
Bildirib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.
Digər Xəbərlər
09 Avqust 2026 11:34
İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26
Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika
08 Avqust 2026 20:52


Bakı -°C

