Bayram namazının məscidlərdə qılınmasına icazə veriləcəkmi? - İbrahim Məmmədov
Bayram namazının məscidlərdə qılınmasına icazə yoxdur.
Adalet.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar qəbul olunarsa, məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək:
"İndiki vəziyyətdə insanların məscidlərdə kütləvi yığışmasına icazə verilmir. Bugünkü yoluxma səviyyəsinə görə, proses hələ müzakirə olunmur. Bayram günlərinə qədər vəziyyətdən asılı olaraq müəyyən qərar verilə bilər”.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35