adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2024 09:52
444
DÜNYA

Bayden tələsir, Konqress qərar vermir

Konqress Ukrayna, İsrail və Tayvana maliyyə yardımı paketinin ayrılması ilə bağlı qanun layihəsini qəbul edərsə, ABŞ prezidenti onu dərhal imzalayacaq. Bu barədə Ağ Evin saytında məlumat verilir.

 "Nümayəndələr palatası bu həftə kömək paketini qəbul etməlidir, senat isə tez bir zamanda onun kimi hərəkət edəcək və mən təcili Qanunu təsdiqləyəcəm"- deyə Co Bayden bildirib və əlavə edib ki, "ABŞ bununla da, nə İrana, nə də Rusiyaya üstünlük  əldə etməyə imkan verməyəcək".

  Xatırladırıq ki, Qanun layihəsində Ukraynaya 61 milyard dollar, İsrailə 26 milyard dollar, Hind-Sakit okean regionunda Çinin təhdidlərinin qarşısının alınması üçün Tayvana 8.12 milyard dollar maliyyə yardımı ayrılması nəzərdə tutulub. 

  Rüstəm Hacıyev