Baxçalı: Soyqırım görmək istəyən Ərzuruma gəlsin
Erməni silahlı dəstələri 1914-cü ilin mayından 1922-ci ilin mayınadək 518 min 305 müsəlman-türkü qətlə yetiriblər... Soyqırımı görmək istəyən varsa, qətliamın necə olduğunu bilmək istəyən varsa gəlib Ərzuruma baxsın. Gəlib hələ də izləri qalan acılı, tükləri ürpədən, əzab-əziyyəti, işgəncə və cinayətləri görsünlər.
Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ərzurum şəhərində “2023-ə doğru: namizəd bəlli, qərar qəti!” şüarı ilə keçirilən regional mitinqdəki çıxışında ifadə edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə görə kəskin ittiham edən MHP sədri ABŞ təmsilçisinin İrəvandakı saxta “soyqırımı” abidəsi önündə “timsah göz yaşları” axıtdığını xatırladaraq deyib ki, sülh və sabitliyə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır.
Tarixi həqiqətləri və günümüzün reallıqlarını göz ardına vuraraq saxta “soyqırımı”dan danışılmasının yolverilməz olduğunu vurğulayan Milliyyətçi Hərəkat Partiyasının sədri bunu beynəlxalq hüquqa qarşı təhdid kimi dəyərləndirib.
Digər Xəbərlər
20 Iyun 2026 18:01
Tramp Meloni ilə dostluq etməyəcəyini açıqladı
20 Iyun 2026 15:57
Fransada rekord istilər - 60 vilayətdə narıncı xəbərdarlıq
20 Iyun 2026 12:50
“Ukraynanın Aİ-yə üzvlüyü Polşa kənd təsərrüfatı üçün təhlükədir”
20 Iyun 2026 10:09
Bu da Trampın yeni “uçan saray”ı - VİDEO
20 Iyun 2026 10:02
“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski
20 Iyun 2026 09:59
İrandan razılaşmalara dair - Xəbərdarlıq
19 Iyun 2026 18:11
Trampın Meloniyə hörmətsizliyinə görə ABŞ səfəri ləğv edildi
19 Iyun 2026 17:46


Bakı -°C

