"Quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq" - Dövlət başçısı

Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib.
“Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Digər Xəbərlər

Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTOLAR

Parlamentin növbəti iclasının GÜNDƏLİYİ AÇIQLANDI

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB

İlham Əliyevin Viktor Orbanla geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib

Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - Viktor Orban
