20 May 2025 17:58
111
DÜNYA

Fransa departamenti genişmiqyaslı kiberhücuma məruz qalıb

Fransanın şimalındakı O-de-Frans departamentinin inzibati orqanlarının işi genişmiqyaslı kiberhücum səbəbindən pozulub.

Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə departamentin prefekturasının mətbuat xidməti məlumat yayıb.

"Departament genişmiqyaslı kiberhücuma məruz qalıb. Bütün informasiya sistemləri və adi rabitə vasitələri qeyri-müəyyən müddətə deaktiv edilib", - məlumatda bildirilib.