Ağsu aşırımında yenidən torpaq sürüşməsi olub

Ağsu dolaylarında torpaq sürüşməsi davam edir.
Adalet.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 saylı Magistral yolların istismarı MMC-nin bas mühəndisi Həsən Məmmədli APA-ya bildirilib ki, son zamanlar yağıntının miqdari cox olduğundan respublikanın bir sıra bölgələrində, eləcə də onların xidmət göstərdiyi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci sağ gediş hissəsində sürüşmə baş verib.
Sürüşmə baş vermiş əraziyə dərhal agentliyin qüvvələri cəlb olunub.
Ərazidə nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin ərazi müvafiq yol nişanları ilə çəpərlənib, sürət həddi aşağı endirib. Bundan sonra təmir-bərpa işləri aparılaraq beton sədlər qoyulub və ərazidə hərəkət qismən bərpa edilib. Hazırda ərazidə geologiya işləri aparılır, sürüşmənin səbəbləri araşdırılır.
Qeyd olunub ki, ərazidə təhlükəli hal yoxdur, yaxın vaxtlarda qrunt nümunələri təyin olunduqdan sonra asfaltlama işləri aparilacaq.