Baş prokuror Qəbələdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 8-də, saat 10:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ, Oğuz, İsmayıllı və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qəbələ rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
01 May 2026 12:56
Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...
01 May 2026 10:45
Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24


Bakı -°C

