İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək
İran və ABŞ arasında diplomatik danışıqların ikinci raundunun gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçiriləcəyi gözlənilir.
Adalet.az “Geo News” telekanalına istinadən xəbər verir ki, Pakistan hökuməti artıq mühüm görüş üçün hazırlıqlara başlayıb.
Anonim mənbələrin məlumatına görə, rəsmi İslamabad aidiyyəti qurumlara görüşün yüksək səviyyədə təşkili, logistik təminat və təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xüsusi göstərişlər verib.
Məlumata görə, ABŞ tərəfini vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Uitkoff və Cerad Kuşnerin təmsil edəcəyi bildirilir. İran tərəfindən isə danışıqlar masasına parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçinin əyləşəcəyi gözlənilir.
Xatırladaq ki, aprelin 11-12-də keçirilən ilk raundda tərəflər bir sıra fundamental məsələlərdə razılığa gələ bilməmişdilər.
Digər Xəbərlər
15 Aprel 2026 20:32
Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur
15 Aprel 2026 19:57
Məktəbliləri öldürən şəxsin FOTOSU - VİDEO
15 Aprel 2026 19:43
“Edə bilmədikləri yeganə şey onu “Tramp Boğazı” adlandırmaqdır”
15 Aprel 2026 19:36


Bakı -°C

