BDYPİ-nin layihəsi geniş maraq doğurub - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol-nəqliyyat hadisələrinin səbəblərinin təhlilinə həsr olunan yeni maarifləndirici layihəsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Adalet.az xəbər verir ki, layihə çərçivəsində təqdim olunan materiallarda qəzalar yalnız fakt kimi deyil, onların baş verməsinə səbəb olan amillər baxımından izah olunur.
İlk yayımlanan materialda konkret hadisə üzərindən sürücülərin və digər hərəkət iştirakçılarının yol verdiyi səhvlər diqqətə çatdırılıb.
Məlumata görə, layihənin əsas məqsədi qəzaların arxasında dayanan səbəbləri aydın şəkildə göstərmək və eyni səhvlərin təkrarlanmasının qarşısının alınmasına yönəlib. Bu çərçivədə sürət həddinin aşılması, diqqətsizlik, təhlükəsizlik qaydalarına əməl olunmaması və yol şəraitinin düzgün qiymətləndirilməməsi kimi hallar konkret nümunələr əsasında izah edilir.
Qeyd olunur ki, layihə hərəkət iştirakçıları arasında diqqət və məsuliyyət hissinin artırılmasına, sürücü və piyadaların öz davranışlarını təhlil etməsinə və yol hərəkəti qaydalarına riayət etməsinə yönəlib.
Digər Xəbərlər
18 Aprel 2026 16:00
Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə - FOTOLAR
17 Aprel 2026 22:19
Mehriban Əliyeva Antalya Forumundan görüntülər PAYLAŞDI - VİDEO
17 Aprel 2026 17:35
Buraxılış imtahanının nəticələri açıqlandı
17 Aprel 2026 13:17
AAYDA-nın qurumu ləğv edilir
17 Aprel 2026 12:56
Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edildi
17 Aprel 2026 12:48
Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarla gedənlərin NƏZƏRİNƏ!
17 Aprel 2026 11:38
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
17 Aprel 2026 11:09


Bakı -°C

