adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Sentyabr 2018 18:47
19172
MARAQLI

Barışmaq istəyən aşiqlərə 10 MƏSLƏHƏT


Ortaq mahnılar paylaşmaq – Birlikdə dinlədiyiniz və bir-birinizə göndərdiyiniz mahnılardansöhbət gedir. Ayrıldığınız adam sizi hələ də izləyir və xatirələrin də planadüşüb düşmədiyini öyrənmək istəyir. Ona görə də Sezen Aksuya can qurban.Paylaşın getsin. Ancaq burda vacib bir məqam da var. Sevgiliniz sizi kədərligörmək istəməyə də bilər. Oynaq mahnı da paylaşa bilməyəcəksiniz. Ən yaxşısıklassik musiqidir.

"Təsadüfi” görüş Bıyy! Məhəllələrinin yanındankeçirdiniz, ya da işlədiyi yerin yanında dönər yeyirdiniz. Heç xəbərinizolmayıb buralara necə gəlib çıxmısınız. Guya burda verilən dönərdən xoşunuzgəlir. Ya da bu məhəllədəki evlər ovqatınıza yaxşı təsir edir. Amandır, onugörmək istədiyinizi bəlli etməyin, özünüzü tox tutun. Gözlərinə baxmasanızkifayətdir. Bir də gülümsəməyə çalışın.

Ortaq dostların yanında ondan söz salmaq – Maraqlı xatirələrinizdən danışın. Məsələn, onuilk dəfə öpəndə yanaqlarının qızarmasından, ya da küləyi bəhanə edibqucaqlaşmağınızdan. Kədərli görünməyiniz əhvalatın dozasını qaldıracaq. Axşam odostlardan birinin ürəyi yumşalıb sevgilinizə "qayıt, sahmana sal bu kainatı”deyə bir mesaj yaza bilər.

Kədərli statuslar yazmaq Mümkün qədər çox yazın,layka fikir verməyin. Şərhlərdə hamı sizinlə maraqlanacaq: "Bəlkə barışdınız”,"Bir az zaman keçməlidir” kimi rəylərlə dəstək olanlar nə çox. Ona görə dədayanmayın, kədərdən döşəyin getsin. Nə vaxtsa belə bir mesaj ala bilərsinizondan: "Nəsə yazmaq istədim sənə. Necəsən?” Bir sözlə, Allah kədərinizi boleləsin!

Qəribə sürprizlər – Hə, gəldikəsas məsələyə. Gül alıb qəfil qarşısına çıxa bilərsiniz. Ya da işlədiyi yerinyanında saatlarca gözləmək də olar. Pəncərəsini açıb həyətə baxanda sizinasfalta yazdığınız "Səni sevirəm” sözünü görsə necə xoşbəxt olar. Ancaq çox daağını çıxarmayın. Bəlkə də sevgiliniz bütün bunları şit hərəkət hesab edir.

Bərabər getdiyiniz kafeyə gedib tək şəklinizi sosial şəbəkədəpaylaşmaq – Bəlkə də ən vacibi budur.Hədəfi tən ortadan vurmaq. Ürəyinin sarı siminə toxunub bir sevgi havası çalın.Təksiniz, heç kiminiz yoxdur. Ondan əvvəl də heç kim olmayacaq həyatınızda,sonra da. Yalnız o sizi xilas edə bilər. Mesaj da var, kafe də. Bircə qalırkafeyə getmək üçün pul tapmaq.

Əşyaları geri istəmək – Ayrılanda da mərd ayrılanlardansınız. Və Freydin "xatirələr əzabverir” cümləsini əlinizdə bayraq etmisiniz. Əşyalar da insanlar kimidir.Əşyaların da canı var. Onda qalan əşyalarınızın həyatınızda önəmli rolu var.Bəlkə o əşyalar yanınızda olsa bu qədər əzab çəkməzsiniz. Mütləq geriqaytarmalıdır. Təbii ki, əsəbləşib zibil yeşiyinə atmayıbsa...

Gecə içib zəng eləmək – Dostlarla gözəl gün keçirtmisiniz, yemisiniz, içmisiniz, xatirələrivərəqləyib ağrılardan, əzablar xilas olmağa çalışmısınız. Üzünüz gülür,ürəyiniz gələcək xoşbəxtliklərin müjdəsi ilə döyünür. Amma hamı sap kimi üzülübgedəndən sonra kefli başın yadına sevgilisindən başqa kim gələr? Zəng edibağlayın, gözəl günlərinizi xatırladın ona. Bircə söyüş söyməyin. Bir də konturanəzarət edin, ən vacib sözünüzü dediyiniz anda bitməsin. Elə ona da bu kəlmənipıçıldayın: "Bitməsin”.

Küsülü olmağı yadından çıxartmaq – Ayrılanların hamısı hələ də sevgilidir. Ayrılıq sevginin davamıdır.Guya heç nə olmayıb aranızda, küsülü deyilsiniz. Zəng edib deyin ki, axşamfilan yerdə səni gözləyirəm. Çaşdırın onu.

Dostundan kömək istəmək – Ən axıra bunu saxlayın. Heç nə olmamış kimi sizin sevginizin şahidini"məhkəmə”yə çağırın. Oturub həmin günləri vərəqləyin gülümsəyərək. Sonrasəsinizin ahənginə kədər qatın və belə deyin: "Ona denən ki, hələ dəunutmamışam. Unudaq hər şeyi. Mən onu sevirəm”. Dostunuz etiraz eləməkistəyəcək, normaldır. Qolundan tutub yazıq görkəm alın: "Sən dostunun xoşbəxtolmağını istəmirsən?” Bu söz ona təsir edəcək və sizi barışdırmaq üçün əlindəngələni edəcək. Bircə qalır gözləmək. Zaman hər şeyi yerbəyer eləyəcək.

Bonus: Üzük – Artıqbarışmısınız. Təbrik edirik! Bir qonaqlıq olsa, pis olmazdı. J