Balasanyanın Əsgəranda bizim pulla tikdirdiyi villa - Akif Mirsiyaboğlu yazır
Vitali Balasanyanın Əsgəranda olan villasından çəkilmiş videonu izlədim . Bununla bağlı olaraq bəzi məqamları Sizlərə çatdırmaq istəyirəm .
Vitalini münaqişə başlamamışdan əvvəl də uzaqdan - uzağa tanıyırdım . İlk dəfə Xocalı faciəsindən sonra Allahverdi Bağırovla birlikdə Əsgəran postunda görüş ərəfəsində onunla yaxından tanışlığım və söhbətlərim oldu . Birdən - birə mayor rütbəsinə ,,yüksələn" Vitali tipik erməni idi .Yəni daxilində biclik , hiyləgərlik , məkrlilik üzdə isə gülümsər , qulluqbaz bir ifadə ilə öz xalqına can - başla xidmət edən birisi idi . Onun bicliyi və siyasəti bizim isə pula hərisliyimizin sayəsində qısa bir zamanda Şuşa , Şahbulaq , Bayıl və Şüvəlan türmələrinə doldurulmuş onlarla erməni separatçıları azad edildilər . Geri döndükdən sonra onlar ölkəmizə və xalqımıza qarşı onqat əzazilliklə döyüş meydanına qayıtdılar . Bunlardan təkcə birini Qərib adlı milis mayorunu misal çəkəcəyəm . Həbs olunana qədər Əsgıran milisində cinayət axtarış xidmətinə rəhbərlik edən qatı daşnak millətçisinin azad olunması üçün gedən danışıqların müəyyən epizodlarını onun qardaşı mənə danışmağa macal tapmışdı . Orada olan Vitalinin göz ağartması ilə bu söhbət yarımçıq kəsildi .Qərib ermənilərə qaytarıldı və bir müddət sonra yəni Şuşa şəhərinin süqutundan sonra şəhərin hərbi komendantı təyin edildi . Şuşa türməsinə salınan əsir və girov götürülmüş zavallı soydaşlarımızın bu daşnak quldurunun pəncəsində olarkən çəkdiklərini özünüz təsəvvür edin . İlanı yaralı boşladınsa hökmən kimisə çalacaqdır . Biz isə onlarla qulduru öz əlimizlə azad edib özümüzə qarşı qoyduq .
Faciə axşamı yanan şəhəri tərk edən insanlar özləri ilə illər boyu qaragün üçün topladıqları sovet pulunu və qızıl əşyalarını götürə bilmişdilər . Ermənilər onları qarət etmiş sonra isə öldürmüş və yaxud döyüş qabiliyyəti olmayan girovları öz quldurları ilə dəyişdirmişdilər .Faciənin səhərisi günü Xocalıların qapısını kilidləyib çıxdıqları dolu evləridə ermənilər tərəfindən qarət olundu .
Təbii ki , bu məbləğin böyük hissəsi separatçı qüvvələrə rəhbərlik edənlərin cibinə axırdı . Yəni Balasanyanların , Koçaryanların , Sarqsyanların bu gün topladıqları sərvətin ilkin mənbəyi qarət olunmuş Xocalı sakinlərinin halal zəhmətləri ilə qazandıqları pul və zinət əşyalarının , daha sonra isə işğal olunmuş Ağdamın zəngin sərvəti hesabına idi .Zənnimcə qeyd etdiyim və etmədiyim mənbələrin hesabına Sizlərdə yəqinlik hasil etdiniz ki , Vitaliyə və onun qardaşına məxsus olan dəbdəbəli mülklər və obyektlər atası buxqalter Mişanın imkanı hesabına başa gəlməmişdir .
Yuxarıda göstərilən halları nəzərə alaraq separatçı rejimə məxsus olmuş çoxsaylı villa və obyektlərin açıq hərraca çıxarılaraq satılmasını təklif edirəm . Əldə olunmuş məbləğin Qayıdış proqramına uyğun olaraq vaxtilə öz mülkündın , var - dövlətindın qanunsuz məhrum edilmiş insanların varislərinə qaytarılması təmin olunsun .Ən azından onların bərpa edilmiş mənzillərinə məişət əşyalarının alınmasına yönəldilsin . Bu mənim fikrimcə ədalətin zəfər çalmasının növbəti təntənəsi və dövlətimizin Qarabağın dirçəlişinə sərf etdiyi məbləğin müəyyən hissəsinə qənaət olunmasına xidmət edərdi .
Digər Xəbərlər
31 Mart 2026 17:51
31 Mart soyqırımı mühacir yazarların qələmində
31 Mart 2026 13:30
Qönçələr solmayacaq - Xuraman Hüseynin şeirləri
31 Mart 2026 13:01
Əbülfət Mədətoğlu: Bu talehlə oynamağa dəyməz heç...
31 Mart 2026 11:14
BIR ƏSR SOYQIRIMLA ÜZ- ÜZƏ
31 Mart 2026 08:12
Səməndər Məmmədov haqqın dərgahına qovuşdu
30 Mart 2026 13:53
Rasim Balayev bütöv bir sənətkar və şəxsiyyət idi - Ramiz Rövşən
30 Mart 2026 10:31
"Mehriban görüş": Aqil Abbasın səmimi etirafları - VİDEO
28 Mart 2026 20:42


Bakı -°C

