Balakəndə qadının evində narkotik vasitələr aşkarlanıb
Balakən Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43