Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanların istifadəsi üçün əlçatan olması istiqamətində tədbir görülüb.
Adalet.az agentliyə istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.
Yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.
Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
Qeyd edək ki, istifadəyə verilən şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir. Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı, ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yarаdır.
Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq.
Digər Xəbərlər
06 Iyul 2026 13:01
AQTA sədrinə yeni müavin təyin edildi - FOTO
06 Iyul 2026 12:14
Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
06 Iyul 2026 10:34
Malıbəyli sakinlərinin nəzərinə! - Qeydiyyat başlayır
05 Iyul 2026 13:00
“AzerGold”un 10 illiyi münasibətilə Fəxri xiyaban ziyarət olunub - FOTOLAR
05 Iyul 2026 10:00
AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
04 Iyul 2026 11:34
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
04 Iyul 2026 11:27
“Bu, seperatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə üstünlük verdiyini nümayiş etdirir...”
04 Iyul 2026 09:42


Bakı -°C

