Bakıdakı atışmaya görə 3 nəfər tutuldu
Aprelin 19-da Səbail rayonu ərazisində Şamaxı rayon sakini Ələddin Bağırov və Bakı şəhər sakini Firuddin İsmayılov ayaqlarından aldıqları qırma yaraları ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Soltan Turabov, Aqil Seyidəliyev və İbrahim Əsədzadə tutulublar.
İ.Əsədzadədən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.
Digər Xəbərlər
03 May 2024 10:48
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58