adalet.az header logo
  • Bakı -°C
19 Iyun 2026 12:22
76
GÜNDƏM
A- A+

"İnsanlarda media savadlılığını artırmaq lazımdır" - Deputat

"İnsanlarda media savadlılığını artırmaq lazımdır. Biz dezinformasiyaya qarşı effektli mübarizədən danışırıqsa, "Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev deyib.

"Hesab edirəm ki, vahid platformada birləşdirilən bizim media qurumumuz bunu nəzərə almalıdır", - deyə deputat bildirib.