Bakıda xəstəxanada oğurluq edən qadın saxlanılıb
Bakıda qadının çantasından 1500 manatdan artıq pul oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsi ərazisindəki xəstəxanaların birində Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Quliyeva saxlanılıb.
Digər Xəbərlər
01 May 2024 09:43