adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Iyul 2018 12:42
4140
HADİSƏ

Bakıda süpürgəçi qadını maşın vurub

İyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb. Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.