Bakıda qadını soyan şəxslər tutuldu
Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub. Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də Bakı şəhər sakini Bahar Vəlizadəyə məxsus içərisində 102 manat, açar və mobil telefon olan pul kisəsini açıq talama yolu ilə almış Cəbrayıl rayon sakini Yunis Mehdiyev və Ağdam rayon sakini Sahib Haqverdiyev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir paytaxt sakininə məxsus içərisində 140 manat pul, mobil telefon, sənəd və açarlar olan çantanı soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.
Digər Xəbərlər
03 May 2024 10:48
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58