Bakıda mənzilə soxulan şəxs istəyinə nail olmadığına görə evdəkiləri döyüb
Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb etmiş, istədiyinə nail olmadığından onları döyüb hadisə yerini tərk edib.
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.
Digər Xəbərlər
03 May 2024 10:48
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58