Bakıda mənzildən 45 min 500 manat oğurlandı
Bakıda mənzillərin birindən 45 min manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.
Digər Xəbərlər
01 May 2024 09:43