Bakıda maşın bazarı yanır
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
Məlumata görə, Bakının Nizami rayonundakı "Maşın bazarı” ərazisində mağazalardan birində yanğın baş verib.
Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir.
***
21:31
Bakının Nizami rayonunda "maşın bazarı" kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.
Adalet.az-ın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə yerinə FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin ona yaxın maşını cəlb olunub.
Məlumata görə, yanğın bazarın giriş hissəsində yerləşən15-20 mağazaya yayılıb. Hadisə yerində FHN qərargah yaradılıb. Sahibkarlar mallarını mağazalardan çıxarmağa cəhd edirlər.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02