adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Yanvar 2017 10:29
14561
KRİMİNAL

Bakıda kriminal qruplaşmalar arasında atışma

Bakıda silahlı insident olub.

Adalet.az "Report"-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət olan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.