Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə noyabrın 25-də “Qanlı göl” adlanan yaşayış sahəsində 3 nəfərin Bakı şəhər sakini X.Dadaşovu döyməsi, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alması, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində 4 nəfərin bir əcnəbi vətəndaşı döyərək 100 manat pulunu və 1500 manat dəyərində mobil telefonunu alması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev müəyyən edilərək saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu və Bakı şəhər sakini A.Əzimovu döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, saat, mobil telefon, qulaqcıq və eynək almaları da müəyyən edilib.
Digər Xəbərlər
08 Yanvar 2026 13:05
Sabah dağlıq ərazilərdə qar yağacaq
08 Yanvar 2026 12:59
Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır
08 Yanvar 2026 11:31
Azərbaycanda quş qripinə yoluxma var? - RƏSMİ CAVAB
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08
Qarlı hava ilə bağlı avtomobillərə nə qədər ziyan dəyib?
06 Yanvar 2026 15:04


Bakı -°C

