Bakıda dizel yanacağının istehsalı artıb
Keçən il paytaxtda dizel yanacağının istehsalı çoxalıb.
Adalet.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən xəbər verir ki, 2018-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 99,5 milyon manat olmaqla əvvəlki illə müqayisədə sabit qiymətlərlə 3 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 60 faiz, avtomobil benzininin istehsalı 2,4 faiz azalıb.
Ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,7 faiz, dizel yanacağı istehsalı 3,2 faiz, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22 faiz, neft koksunun istehsalı isə 7,6 faiz çoxalıb.
Digər Xəbərlər
02 May 2024 13:40