20 Iyun 2025 17:55
193
İDMAN

Xabi Alonso məşqi dronlarla izlədi

İspaniyanın “Real Madrid” klubunun yeni baş məşqçisi Xabi Alonso hazırlıq prosesində yeniliyə imza atıb.

Adalet.az “Marca”ya istinadən xəbər verir ki, gənc mütəxəssis ilk dəfə komandasının məşqini izləmək üçün dronlardan istifadə edib.

43 yaşlı çalışdırıcının bu addımı hazırlıq prosesinə ümumi baxış keçirmək və məşqlərin ən kiçik detallarını belə, analiz etmək məqsədi daşıyır.

Qeyd edək ki, Xabi Alonso bu yaxınlarda “Real Madrid”ə baş məşqçi təyin olunub.