adalet.az header logo
  • Bakı -°C
20 Avqust 2026 13:02
65
GÜNDƏM
A- A+

Bakıda Ahıska türklərinin sürgün tarixi sərgilənəcək

Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.

Adalet.az xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək. Sərginin açılış mərasimi avqustun 21-də baş tutacaq.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov çıxış edəcəklər.

Avqustun 21-dən 28-dək davam edəcək sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək.