Bakıda ağır qəza - ölən var
Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib. Adalet.az-ın Föqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin "112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gediblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi "Mitsubishi” markalı minik avtomobilində aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Digər Xəbərlər
04 May 2024 14:37