adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Sentyabr 2018 11:14
5210
HADİSƏ

Bakıda 5 nəfər liftdə qalıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai, Binəqədi və Suraxanı rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyatlar başa çatıb.

Digər məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.