adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 May 2017 10:17
3247
HADİSƏ

Bakıda 4 köşk yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Adalet.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan 4 ədəd dəmir köşkün taxta üzlüyü və içərisində məişət əşyaları 65 m² sahədə yanıb. Digər bitişik köşklər yanğından mühafizə olunub.


Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.